BAKI, 23 mart. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaiçi martın 19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Tokionun Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirakı ilə bağlı konkret vəd verməyib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Minoru Kixara bildirib.
Ölkə rəsmisi Vaşinqton görüşündə Trampın Takaiçini Hörmüz boğazında naviqasiya təhlükəsizliyinə töhfə verməyə çağırdığını etiraf edib.
“Amma Yaponiya bu məsələ ilə bağlı konkret vəd verməyib, belə bir şey olmayıb”, - baş katib vurğulayıb.
Kixara atəşkəsdən sonra Yaponiya donanmasının bölgəyə göndərilməsi ilə bağlı da vəd verilmədiyini qeyd edib.