BAKI, 22 mart. TELEQRAF

İsrail İrandakı hərbi bazalara hücumlarında bunkerlərdə qalmış, vaxtilə Misir müharibəsi üçün nəzərdə tutulmuş 50 illik hava bombalarından istifadə edir.

Teleqraf xəbər verir ki, bu iddianı mənbələrin adını çəkmədən dövlət televiziyası "Kan" irəli sürüb.

"Dəqiq zərbə qabiliyyətinə malik olmayan minlərlə bu idarəolunmaz bomba unudulmuş bir bunkerdə tapılıb. İsrail Hərbi Hava Qüvvələri onlardan İranda hərbi bazalara zərbələr endirmək üçün istifadə edir. İsrail Müdafiə Qüvvələrinin məqsədi pula qənaət etmək olub" - məlumatda qeyd olunur.