BAKI, 23 mart. TELEQRAF

Özbəkistanın Türkmənistandakı səfiri Rövşən Alimov Aşqabad meri Rahim Qəndimovla görüşüb.

Teleqraf xəbər verir ki, söhbət zamanı Özbəkistan-Türkmənistan münasibətlərinin son illərdə bütün sahələrdə ardıcıl şəkildə inkişaf etdiyi, Daşkənd və Aşqabad şəhərləri arasında da əməkdaşlığın möhkəmləndiyi bildirilib.

Danışıqlar zamanı tərəflər qardaş şəhər münasibətləri haqqında sazişin həyata keçirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.

Birgə investisiya layihələrinin həyata keçirilməsi və mədəni-humanitar tədbirlərin sayının artmasına da xüsusi diqqət yetirilib.