BAKI, 23 mart. TELEQRAF
İranın paytaxtı Tehranın mərkəzində hava hücumu ilə əlaqədar müdafiə sistemləri işə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Paytaxtın şərq və qərb hissələrində şiddətli partlayışlar barədə məlumat var.
ABŞ və İsrail hava hücumlarını davam etdirərkən bir çox başqa şəhərlərdə də partlayışlar barədə məlumatlar yayılıb.
Bəndər Abbasda radiostansiya hədəfə alınıb, bir nəfər ölüb. Həmçinin Xürrəmabad və Urmiyaya da zərbələr endirilib.
İsfahan, Şiraz, Təbriz, Yəz, Kərəc və Əhvazda da güclü partlayış səsləri eşidilib.