BAKI, 23 mart. TELEQRAF
İranda radio və televiziya obyektinə endirilən zərbə nəticəsində itki qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, zərbə Bəndər-Abbas şəhərində yerləşən Fars körfəzi Radio və Televiziya Mərkəzinin AM ötürücüsünə endirilib.
Hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilib.