BAKI, 23 mart. TELEQRAF
İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlar həyata keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı ən-Nəbatiyə şəhəri ərazisində “Hizbullah” hərəkatına məxsus 15 qərargah və komanda mərkəzinə zərbələr endirildiyini açıqlayıb.
Ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub ki, “ən-Nəbatiyə bölgəsində həyata keçirilən növbəti zərbələr silsiləsi zamanı “Hizbullah”a məxsus 15 qərargah və komanda mərkəzi hədəfə alınıb”.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.