BAKI, 20 mart. TELEQRAF

Pakistan və Əfqanıstan arasında davam edən hərbi münaqişə Ramazan bayramı münasibətilə müvəqqəti olaraq dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O, Türkiyənin diplomatik səyləri nəticəsində Pakistan və Əfqanıstan arasında əldə olunan razılaşmanı diqqətə çatdırıb:

"Bizim də səylərimizlə Pakistan və Əfqanıstan arasındakı qarşıdurmaların bayram ərzində dayandırılmasına qərar verilib. İki qardaş ölkə arasında silahların yerə qoyulmasını xalqların hüzur içində bayram keçirməsini məmnuniyyətlə qarşılayırıq".

Türkiyə lideri bu addımın gələcək üçün böyük ümid yaratdığını vurğulayıb. O bildirib ki, hazırkı vəziyyət müvəqqəti olsa da, rəsmi Ankara bu prosesin uzunmüddətli olmasında maraqlıdır.