BAKI, 20 mart. TELEQRAF
İranın Fransadakı səfiri Məhəmməd Əminnejad ölkənin yeni ali dini lideri Müctəba Xameneinin sağ və sağlam olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə diplomat BFMTV telekanalına açıqlamasında deyib.
Səfir qeyd edib ki, Müctəba Xameneinin vəziyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
O, həmçinin İran siyasi elitasının gizləndiyi iddia olunan bunkerlərin mövcudluğu barədə məlumatları da təkzib edib.
Qeyd edək ki, daha əvvəl “The Sun” qəzeti yeni liderin ağır vəziyyətdə komada olduğunu yazmışdı.
ABŞ müdafiə naziri Pit Heqset isə Müctəba Xameneinin yaralandığını və ciddi xəsarətlər aldığını ehtimal etmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi isə yaxın zamanda yeni ali dini liderin ictimaiyyət qarşısına çıxacağını açıqlayıb.