BAKI, 20 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri gecə ərzində İrandan buraxıldığı bildirilən 27 pilotsuz uçuş aparatını vurub.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının HHM sistemləri ümumilikdə 27 pilotsuz uçuş aparatını vurub. Onların demək olar ki, hamısı ölkənin şərqində yerləşən Əş-Şərqiyə vilayəti üzərində məhv edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, yalnız bir pilotsuz aparat krallığın şimalındakı Əl-Cauf vilayəti səmasında zərərsizləşdirilib.