BAKI, 20 mart. TELEQRAF
Türkiyənin Antalya vilayətinin Kepez rayonunda istixana işçilərinin qaldığı prefabrik tikilidə baş verən yanğın faciə ilə nəticələnib.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində bir ailənin olan 6 nəfər üzvü (7 aylıq hamilə ana və onun 5 uşağı) həlak olub.
Yanğın zamanı xəsarət alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Antalya valisi Hulusi Şahinin bildirdiyinə görə, faktla bağlı aparılan araşdırmalar çərçivəsində artıq 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Hazırda yanğının başvermə səbəbləri istintaq tərəfindən araşdırılır.