BAKI, 20 mart. TELEQRAF

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin hələ də bloklandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Fon der Lyayen qeyd edib ki, kreditin bloklanmasının səbəbi liderlərdən birinin öhdəliyinə əməl etməməsidir.

Onun sözlərinə görə, Avropa İttifaqı buna baxmayaraq, Ukraynaya kreditin ayrılması ilə bağlı razılığın istənilən halda əldə olunmasına çalışacaq.

Qeyd edək ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa ölkələrinin Ukraynaya 90 milyard avroluq kreditin ayrılması məsələsində Macarıstana təzyiqləri davam etdirəcəyini bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Macarıstanın Baş naziri Viktor Orban kreditin ayrılmasını bloklamaqda davam edərsə, onun əlaqə məlumatlarını Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə verə bilər.