BAKI, 20 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi matçda yeganə qolu 45-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Fərid Nəbiyev vurub.
Beləliklə, bu, cari mövsüm “Kəpəz”in “Qarabağ” üzərində həm də ikinci qələbəsi olub.

Bu nəticədən sonra Azər Bağırovun kollektivi isə 21 xalla turnir cədvəlinin 10-cu pilləsində, Qurban Qurbanovun komandası 52 xalla 2-ci pilləsində, qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “İmişli”ni qəbul edəcək. “Palms Sport Arena”da keçiriləcək görüş saat 19:15-də start götürəcək.