BAKI, 20 mart. TELEQRAF

Rəşad Müsəllim oğlu Həsənovu rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R. Həsənov 2021-2026-cı illərdə nazirin müşaviri, daha əvvəl isə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, Azərbaycan Bankında iqtisadçı vəzifəsində çalışıb.