BAKI, 20 mart. TELEQRAF

Rusiya silahlı qüvvələri gecə saatlarında Ukraynanın Zaporojye rayonuna iki güclü zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində mülki şəxslərə məxsus fərdi yaşayış evləri tamamilə dağılıb. Hücum zamanı 30 yaşlı qadın həlak olub. Dağıntılar altından çıxarılan 48 yaşlı kişi və 10 yaşlı oğlan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində xilasetmə və infrastrukturun bərpası işləri davam edir. Dəyən ziyanın miqyası dəqiqləşdirilir.