BAKI, 20 mart. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələr barədə qərarı İsrailin təsiri ilə qəbul etməsi ilə bağlı iddiaları rədd edib.

Teleqraf xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

İsrailin baş naziri bildirib ki, Ağ ev rəhbəri bütün qərarları müstəqil şəkildə qəbul edir. Netanyahu Trampa kimin nə etməli olduğunu diktə edə biləcəyi fikrinin reallıqdan uzaq olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Donald Tramp həmişə qərarlarını ABŞ üçün faydalı hesab etdiyi amillərə əsaslanaraq verir. Netanyahu əlavə edib ki, özü artıq 40 ildən çoxdur İranın təhlükə yaratdığı ilə bağlı açıq şəkildə danışır və Tramp da uzun illərdir bu mövqeni səsləndirir.

Baş nazir həmçinin qeyd edib ki, İsrail və ABŞ İran məsələsində sıx koordinasiya şəraitində fəaliyyət göstərir.