BAKI, 26 oktyabr. TELEQRAF
Amerikanın "Microsoft" şirkəti xərclərin azaldılması planının bir hissəsi olaraq Böyük Britaniya, Kanada, ABŞ və Hindistanda 60 mindən çox işçisinə könüllü işdən çıxmaq qarşılığında kompensasiya təklif edib .
Teleqraf xəbər verir ki, şirkət maliyyə şöbəsinə və onun törəmə şirkətləri olan Xbox, Windows və Copilot-a könüllü ayrılma proqramında iştirak etmək üçün icazə verib. Məlumat mərkəzləri, satış, marketinq, kibertəhlükəsizlik və kvant hesablamaları üzrə ixtisaslaşmış işçi qrupları istisna olunur.
"Microsoft"da hazırda 223.000-dən çox insanı işləyir. Könüllü ayrılma proqramı işçi qüvvəsinin təxminən 27%-ni əhatə edir.