BAKI, 27 oktyabr. TELEQRAF

Rusiya qazının İrana tədarükü və tranziti haqqında saziş praktiki olaraq yekun mərhələdədir.

Teleqraf xəbər verir ki, bu barədə İranın neft naziri vəzifəsini müvəqqəti icra edən Həmid Bord Moskvaya işgüzar səfəri ərəfəsində bildirib.

O, səfər çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) tədbirlərində iştirak edəcək.

Bord bildirib ki, oktyabrın 27-də İran Prezidenti Məsud Pezeşkian sammitdə İslam Respublikasının mövqeyini şəxsən təqdim edəcək.

Görüşlər zamanı İran nümayəndə heyəti ABŞ və İsrailin hərəkətləri nəticəsində zədələnmiş enerji infrastrukturu obyektlərinin bərpası prosesi barədə ətraflı hesabat təqdim edəcək. Həmçinin İranda qaz hasilatının yüksək həcmləri ilə bağlı aktual məlumatlar açıqlanacaq.