BAKI, 26 oktyabr. TELEQRAF
İraqın Fau liman şəhərinin 63 dəniz mili cənub-şərqində gəmi yanıb.
Teleqraf xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin bildirişində deyilir: "UKMTO, İraqın Fau şəhərindən 63 dəniz mili cənub-şərqində bir gəmidə baş verən yanğınla bağlı üçüncü tərəf mənbələrindən çoxsaylı məlumatlar alıb. Ekipajın vəziyyəti, dəyən ziyanın miqyası və ətraf mühitə təsiri məlum deyil".