BAKI, 10 mart. TELEQRAF

Donetsk vilayətinin təxminən 15–17 faizi hələ də Ukrayna ordusunun nəzarəti altındadır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Cəmi altı ay əvvəl Donetsk vilayətinin təxminən 25 faizinin Kiyev hakimiyyətinin nəzarətində olduğunu hesab edirdik. Mənə məruzə etdilər ki, hazırda vilayət ərazisinin yalnız 15-17 faizi Kiyev rejiminin nəzarəti altındadır",- o qeyd edib.