BAKI, 10 mart. TELEQRAF

İran rejiminin vəhşi qüvvələri 47 ildir silahdaşlarımız və əsgərlərimizi qətlə yetirirlər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset İran ərazisində həyata keçirilən hərbi əməliyyatların gedişi barədə danışarkən bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, bu mübarizə ABŞ ordusunun yeni nəsli üçün xüsusi əhəmiyyət kəsb edir: "Bu döyüş bizim üçün doğmadır, gənc nəsil bu mübarizənin mahiyyətini yaxşı anlayır".

Nazir həmçinin İranın hərbi infrastrukturdan qeyri-qanuni istifadədə ittiham edib: "Raketləri məktəblər və xəstəxanalardan atırlar. Bu gün İran daxilində həyata keçirəcəyimiz zərbələr yenidən ən yüksək intensivliyi ilə seçiləcək".