BAKI, 9 mart. TELEQRAF

ABŞ-də həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə dua və inam mesajı ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə onun oğlu, Venesuela Milli Assambleyasının deputatı Nikolas Maduro Gerra “Instagram” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Maduro mesajında xalqı çətinliklərə baxmayaraq inamlı olmağa çağırıb.

“İsa bizə öyrədib ki, əgər sizdə iman varsa və şübhə etmirsinizsə, dağa belə qalx və dənizə atıl desəniz, bu baş verər. Bizə bu səmimi və ümumi imanı ver ki, qarşılaşdığımız çətinlik dağlarını yerindən oynadaq və onları vətənimiz üçün azad yola çevirək”, - deyə mesajda qeyd olunub.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada bir sıra mülki və hərbi obyektlərə zərbələr endirib. Bundan sonra ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-yə aparılıb.

Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə çıxarılıblar. ABŞ tərəfi onları narkotik ticarəti ilə əlaqəli olmaqda ittiham edir. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini prezidentin səlahiyyətli nümayəndəsi, keçmiş icraçı vitse-prezident Delsi Rodriges icra edir.