BAKI, 9 mart. TELEQRAF

Enerji resursları bazarındakı vəziyyət Böyük Britaniyanın qaz təminatında ciddi problemlər yarada bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, mövcud ehtiyatlar Birləşmiş Krallığın qazla təminatını maksimum iki gün ərzində təmin edə bilər.

Nəşr yazır ki, yanacaq çatışmazlığı İran tərəfindən əsas enerji nəqli marşrutlarından biri sayılan Hörmüz boğazının bağlanması ilə əlaqədardır.

Bildirilir ki, Böyük Britaniya hazırda qazı treyderlərdən bazar qiymətlərindən xeyli yüksək qiymətə almağa məcbur qalır.