BAKI, 9 mart. TELEQRAF

Avropa ölkələrinin Rusiya enerji resurslarından imtina etməsi strateji səhv olub.

Teleqraf xəbər verir ki, bu fikri Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.

O, "X" sosial şəbəkəsində yazıb ki, bu qərar təkcə enerji daşıyıcılarının qiymətini artırmayıb, həm də Avropanı enerji sarsıntılarına qarşı son dərəcə həssas vəziyyətə salıb.

“Bu, Rusiya energetikasından imtina ilə bağlı strateji səhvdir”, - deyə Dmitriyev qeyd edib.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fonunda Avropa İttifaqı Rusiya enerji resursları ilə bağlı mövqeyinə yenidən baxa bilər.