BAKI, 9 mart. TELEQRAF

Ukrayna tərəfi Venesiya Biennalesinin təşkilatçılarına müraciət edərək Rusiyanın tədbirdə iştirakına icazə verilməməsini istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiga və mədəniyyət naziri Tatyana Berejna bəyanatla çıxış edərək təşkilatçıları qərarı yenidən nəzərdən keçirməyə çağırıblar.

“Venesiya Biennalesinin təşkilatçılarını Rusiya Federasiyasının geri qayıtması ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.