BAKI, 9 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İrandan atıldığı bildirilən ballistik raketi məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, raket şahzadə Sultan adına hərbi aviabaza istiqamətində buraxılıb.
“Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi ölkənin hava məkanını nəzarətdə saxlayaraq şahzadə Sultan adına hərbi baza istiqamətində buraxılan ballistik raketi aşkar edib və məhv edib”, – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, raketin İran ərazisindən buraxıldığı iddia edilir. Krallıq rəsmiləri hadisə ilə bağlı əlavə məlumat verməyib.