BAKI, 8 mart. TELEQRAF
Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən otelə endirilən zərbə nəticəsində ən azı üç nəfər həyatını itirib, doqquz nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Livan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
“Beyrutdakı otel otağına endirilən zərbə nəticəsində üç nəfər ölüb, doqquz nəfər isə yaralanıb”, - bəyanatda deyilir.
Əvvəllər "Reuters" agentliyi təhlükəsizlik xidmətlərinə istinadla zərbə nəticəsində iki nəfərin öldüyünü xəbər vermişdi.