BAKI, 7 mart. TELEQRAF

İsrail ordusu Livanın cənubunda və Bekaa bölgəsində "Hizbullah"ın silah anbarlarına və hərbi obyektlərinə bir sıra zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın cənubundakı iki "Hizbullah" komandanlıq mərkəzi zərərsizləşdirilib, həmçinin iki "Radvan" xüsusi təyinatlı qüvvələrinin komandiri öldürülüb.

Bundan əlavə, Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, Bekaa bölgəsinin şərqində yerləşən şəhərlərin birində baş verən İsrail hava hücumları nəticəsində 16 nəfər həlak olub, 35 nəfər yaralanıb.