BAKI, 7 mart. TELEQRAF
İranın cənubunda zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb.
4,1 bal gücündə olan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələnin episentri Bəndər Abbas şəhərindən 74 km qərbdə (liman suları Hörmüz boğazının şimalında yerləşir) qeydə alınıb.