BAKI, 7 mart. TELEQRAF

Polşa Rusiyanın Ukraynadakı fəaliyyətinin artdığı ehtimalı fonunda hərbi aviasiyasını havaya qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, ölkənin növbətçi hərbi təyyarələri havaya qaldırılıb.

Bununla yanaşı, yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya kəşfiyyat vasitələri də tam hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki, bundan əvvəl Polşanın ölkənin şərq bölgələrində hava məkanını üç ay müddətinə bağlayacağı barədə məlumat yayılmışdı.