BAKI, 7 mart. TELEQRAF
ABŞ və İsrailin İrana endirdiyi zərbələrin bir çoxu mülki infrastruktur obyektlərinə təhlükəli dərəcədə yaxın məsafədə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinin təhlilinə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, Tehranda İranın dövlət teleradio şirkəti IRIB-in binasına endirilən zərbə 900 kiloqramlıq bomba ilə həyata keçirilib. Bildirilir ki, belə bombanın qəlpələri 300 metrdən çox məsafədə ölümcül təhlükə yarada bilər.
Telekanalın məlumatına əsasən, partlayış nəticəsində yaranan krater Qandi xəstəxanasından cəmi 30 metr məsafədə yerləşib.
Bundan əlavə, CNN bildirir ki, ABŞ və İsrailin zərbələri nəticəsində polis bölməsinə aid binalar kompleksi də tamamilə dağıdılıb.