BAKI, 7 mart. TELEQRAF

ABŞ və Ekvador hərbçiləri Ekvadorda narkokartellərə qarşı birgə əməliyyat keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri Ekvador ordusunun narkokartellərə qarşı həyata keçirdiyi əməliyyatlara dəstək göstəriblər.

“Birləşmiş qüvvələrimizi və Ekvador Silahlı Qüvvələrini Ekvadorda narkoterrorçulara qarşı uğurlu əməliyyat münasibətilə təbrik edirəm”, - deyə Cənub Komandanlığının rəhbəri Frensis Donovan bildirib.

Əməliyyatın nəticələri ilə bağlı isə əlavə məlumat verilməyib.