BAKI, 4 mart. TELEQRAF
Livanın cənub rayonlarında başlayan hərbi eskalasiya nəticəsində azı 60 min nəfər yaşayış yerlərini tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə Beyrutda keçirilən mətbuat konfransında ölkənin sosial məsələlər naziri Hanin Al-Sayed məlumat verib.
Nazirin sözlərinə görə, əhali əsasən Bəkaa vadisindən və paytaxtın cənub ətraflarından təxliyə olunur. Həmin ərazilər tez-tez hava zərbələrinə məruz qalır.
As-Səid bildirib ki, hökumət indiyədək 170-dən çox qəbul mərkəzi açıb və hazırda burada 29 min nəfər yerləşdirilib. O etiraf edib ki, çox sayda vətəndaş hələ də sığınacaqsız qalıb.
Nazir vurğulayıb ki, mövcud mərhələ kollektiv həmrəylik və hərbi eskalasiyanın nəticələrinin aradan qaldırılması istiqamətində birgə səylər tələb edir.