BAKI, 2 mart. TELEQRAF

İsrail mənbəsi TASS-ın İranın İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə raket hücumu barədə məlumatlarını təkzib edib.

Teleqraf xəbər verir ki, agentliyin mənbəsi məlumatın yanlış olduğunu bildirib.

***

14:01

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər saatlarında İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH İsrail Hərbi Hava Qüvvələrinin komandanının olduğu strateji obyektin də hədəf alındığını və vurulduğunu bəyan edib.