BAKI, 26 fevral. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə "X" platformasında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı Soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik", - paylaşımda qeyd edilib.