BAKI, 26 fevral. TELEQRAF

Britaniyanın kralı III Karlın qardaşı Endryu Mauntbetteyn-Vindsor şəxsi xərcləri üçün düzgün istifadə olunmayan bütün vergi vəsaitlərini dövlət büdcəsinə qaytarmalıdır.

Teleqraf xəbər verir ki, bunu Reyşel Rivz “i” qəzetinə verdiyi müsahibədə detub.

Nazir həmçinin vurğulayıb ki, o, heç vaxt Endryu Mauntbetteyn-Vindsor ilə görüşməyib və bu, bəlkə də daha yaxşıdır.

Qeyd olunur ki, Endryu fevralın 19-da 66-cı doğum günündə saxlanılıb və polis tərəfindən sorğuya çağırılıb. Ona qarşı vəzifə səlahiyyətlərini sui-istifadə etmək şübhəsi irəli sürülüb.