BAKI, 25 fevral. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hələ 2023-cü ildə "Apple", "Nvidia" və "AMD" şirkətlərinə Çinin 2027-ci ilə qədər Tayvanı işğal edə biləcəyi barədə gizli xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, xəbərdarlıqda məqsəd Ağ Ev administrasiyasının şirkətlərin Tayvanda çip istehsalından imtinasına nail olmaq idi. Qəzetin məlumatına görə, Amerika rəsmiləri bunu milli təhlükəsizlik təhdidi hesab etdiklərini açıq şəkildə bildiriblər .

Dekabr ayında ABŞ Çindən artan təhdidlər fonunda Tayvana 11 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu, ada ilə indiyə qədər imzalanmış ən böyük müqavilələrdən biridir.

Yanvar ayında ABŞ-ın Tayvandan idxal edilən yarımkeçiricilərə, eləcə də ABŞ bazarına idxal edilən əksər digər mallara tətbiq edilən tarifləri 20 % -dən 15%-ə endirəcəyi açıqlayıb. Bunun müqabilində Tayvan şirkətləri ABŞ-yə yarımkeçirici, enerji və süni intellektlə bağlı istehsalını genişləndirmək üçün 250 milyard dollar sərmayə qoyacaqlar.