BAKI, 26 fevral. TELEQRAF

ABŞ bayrağı altında hərəkət edən kater Kuba ərazi sularına daxil olduqdan sonra atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" Kuba Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Floridada qeydiyyatdan keçdiyi bildirilən katerin göyərtəsində olan şəxslər kubalı hərbçilərə atəş açıblar. Qarşı tərəfin cavab atəşi nəticəsində katerdə olan dörd ABŞ vətəndaşı ölüb, daha altı nəfər yaralanıb.

Hadisə zamanı Kuba sərhəd patrulunun komandiri də xəsarət alıb.