BAKI, 26 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığını başa çatdırıb.
Teleqraf xəbər verir ki, Zelenski ABŞ lideri ilə münaqişənin həlli üçün aparılan danışıqlarım müzakirə olunduğunu deyib.
"Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın əvvəlində üçtərəfli formatda tam danışıqlar qruplarının növbəti görüşünə hazırlıqları müzakirə etdik", - deyə Zelenaki bildirib.
O, əlavə edib ki, Ukrayna tərəfi qarşıdan gələn görüşün liderlər səviyyəsində keçiriləcəyinə ümid edir. O, Trampın bu addımlar ardıcıllığını dəstəklədiyini bildirib.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski görüşlərim çətin və işgüzar şəraitdə keçirildiyini deyib.
***
22:25
ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı aparılır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.