BAKI, 26 fevral. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyi barədə danışıb.

Teleqraf xəbər verir ki, Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib ki, Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçilik nəzərdə tutulmur.

Onun sözlərinə görə, dövlət başçısının sıx iş qrafiki və təqvimi nəzərə alındıqda, hazırda may ayında belə bir səfər nəzərdə tutulmur.

C.Bayramov bu barədə daha dəqiq məlumatın Prezident Administrasiyasının protokol xidmətindən əldə edilə biləcəyini vurğulayıb.