BAKI, 26 fevral. TELEQRAF

ABŞ administrasiyası Kuba sularında baş verən insidenti ciddi və böyük narahatlıq doğuran hadisə kimi dəyərləndirmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan vəziyyət gözləniləndən daha ağır deyil: "Ümid edirik, vəziyyət qorxula biləcəyi qədər pis deyil”.

Xatırladaq ki, bundan əvvəl Kuba sahillərində ABŞ bayrağı altında üzən katerlə bağlı insident baş verib və hadisə ilə əlaqədar araşdırmalara başlanıldığı açıqlanıb.