BAKI, 26 fevral. TELEQRAF

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Ana harayı" abidəsini ziyarət ediblər.

***

09:07

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri "Ana harayı" abidəsini ziyarət ediblər.

Teleqraf xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla yad ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarət edib.