BAKI, 26 fevral. TELEQRAF
Ötən ay ən çox qida zəhərlənməsi pomidor turşusundan olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində agentliyə qida zəhərlənməsi halları ilə bağlı ümumilikdə 28 müraciət daxil olub. Müraciətlər agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb.
"Aparılmış kliniki qiymətləndirmə nəticəsində 12 halda qida zəhərlənməsi faktı öz təsdiqini tapıb.
Müraciətlər üzrə ümumilikdə 43 nəfər zərərçəkən şəxs qeydə alınıb. Onlardan 20 nəfərdə qida zəhərlənməsi diaqnozu kliniki olaraq təsdiqlənib", - məlumatda qeyd olunub.
Təsdiqini tapmış zəhərlənmə hallarının əhəmiyyətli bir hissəsi məişət şəraitində hazırlanmış pomidor turşusunun istehlakı ilə əlaqəli olduğu bildirilib.