BAKI, 26 fevral. TELEQRAF
ABŞ administrasiyasının yeni tarif siyasəti Avropa İttifaqından idxal olunan 4,2 milyard avro dəyərində mallara tətbiq edilən rüsumların 15 faizlik razılaşdırılmış həddi keçməsinə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin mənbələrinə görə, yeni ticarət siyasəti həyata keçirilərsə, kənd təsərrüfatı məhsullarının bir hissəsi, o cümlədən pendir və kərə yağı, plastik və parça məmulatları, eləcə də kimyəvi məhsullar müəyyən edilmiş tarif limitindən kənara çıxacaq.
Məlumata əsasən, rüsum tavanı Avropa İttifaqının ixracının təxminən 7 faizi üçün aşılmış ola bilər. Bu barədə Avropa Komissiyasınin nümayəndəsi Olof Gill bildirib.