BAKI, 25 fevral. TELEQRAF
Moskva , Kiyev və Vaşinqton arasında Ukraynadakı münaqişənin həlli üçün üçtərəfli görüş martın əvvəlinə qədər təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
17 və 18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Rusiya, Amerika və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Daha öncə Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov üçtərəfli danışıqların yeni mərhələsinin 26-27 fevral tarixlərində keçirilə biləcəyini açıqlamışdı.