BAKI, 26 fevral. TELEQRAF
Slovakiyanın şimal-şərqində yerləşən Yüksək Tatralar dağlarında qar uçqunu nəticəsində iki xizəkçi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Markiza" məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 25-də günün ikinci yarısında baş verib. Şahidlərin müraciəti əsasında xilasedicilər hadisə yerinə helikopterlə çatdırılıb. Onlar bir neçə metr qarın altından çıxarılan xizəkçilərə tibbi yardım göstərməyə çalışsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Slovakiyanın Dağ-Xilasetmə Xidməti isə bölgədə qar uçqunu təhlükəsinin artdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, havaların kəskin istiləşməsi nəticəsində qarın sürətlə əriməsi uçqun riskini yüksəldir.