BAKI, 26 fevral. TELEQRAF
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsini Hindistanla müqayisə edərək onu nəhəng və güclü kimi xarakterizə edib.
Teleqraf xəbər verir ki, Benyamin Netanyahu bu fikirləri Hindistanın baş naziri Narendra Modinin İsrailə səfəri münasibətilə Knessetdə çıxışı zamanı səsləndirib.
Netanyahu bildirib ki, Hindistan 1,5 milyard əhalisi olan nəhəng dövlətdir, İsrail isə əhalisinin təxminən 10 milyon olmasına baxmayaraq, ruh və əməl baxımından nəhəng, möcüzələr yarada bilən gücdür.
O, həmçinin iki ölkənin bir-birini mükəmməl şəkildə tamamladığını vurğulayaraq, müttəfiqlik münasibətlərinin indiyədək görünməmiş səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Netanyahuya görə, İsrail və Hindistan arasında ittifaq hər iki tərəfin güclü tərəflərini daha da artıran mühüm amildir.