BAKI, 19 fevral. TELEQRAF

İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus obyektlərə zərbələr endirildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Bildirilib ki, zərbələr “Hizbullah” tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olaraq həyata keçirilir.

Xatırladaq ki, fevralın 15-də İsrail ordusu Livanın cənubunda silah anbarlarına və raket qurğularına da zərbələr endirmişdi.