BAKI, 17 fevral. TELEQRAF

ABŞ İranla aparılacaq danışıqlarda İslam Respublikasının faydalı qazıntılarına çıxış imkanını müzakirə edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə fevralın 16-da CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, belə bir məsələ artıq 2025-ci ildə Vaşinqton və Tehran arasında keçirilən danışıqlarda gündəmə gətirilib. Xüsusilə, nüvə sahəsində razılaşmalarla yanaşı, İran hakimiyyətinin ABŞ-yə faydalı qazıntılara, o cümlədən nadir torpaq metalları, həmçinin neft və qaza prioritet çıxış imkanı verməsi müzakirə olunub.

Mənbələrin bildirdiyinə görə, bu mövzunun “yenidən qaldırılacağı” gözlənilir.

Gözlənildiyi kimi, İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar raundu fevralın 17-də Omanda vasitəçiliklə Cenevrədə keçiriləcək.