BAKI, 16 fevral. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinə şübhəli zərf daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, şübhəli bağlama ilə əlaqədar dərhal hadisə yerinə polis əməkdaşları və yanğından mühafizə xidmətinin nümayəndələri cəlb olunub.

Binanın ətrafında və daxilində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Baş nazirin ofisi yanında Təhlükəsizlik və Fövqəladə Hallar İdarəsi zərfin ilkin yoxlanışından sonra rəsmi açıqlama yayıb.

Qeyd edilib ki, aparılan araşdırmalar nəticəsində qurumun əməkdaşları üçün hər hansı bir təhlükə aşkarlanmayıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.