BAKI, 14 fevral. TELEQRAF
ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna müharibəsinin tənzimlənməsi üzrə aparılan danışıqların hazırkı vəziyyətini açıqlayıb.
Teleqraf xəbər verir ki, dövlət katibi Əbu-Dabidə keçirilən görüşlər nəticəsində Rusiya və Ukrayna arasındakı mübahisəli məsələlərin hələ həll olunmadığını bildirib.
"Yaxşı xəbər ondan ibarətdir ki, biz müharibəyə son qoymağa imkan verəcək mübahisəli məsələlərin siyahısını daraltmağa nail olmuşuq. Lakin pis xəbər odur ki, hazırda masada qalanlar hələ həlli tapılmalı olan ən mürəkkəb və fundamental məsələlərdir",- o qeyd edib.